Xankəndi-Şuşa avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə ötən gecə baş verib.
Hərəkətdə olan “Tofaş” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan Bayram Verdiyev hadisə yerində həyatını itirib. Digər sərnişin Orxan Şirinov isə ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən bildirilib ki, dünən saat 21:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xankəndi-Şuşa yolu ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1990-cı il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Müalicəsi Reanimasiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər