Xalq artistinin dəfn yeri məlum oldu

xalq-artistinin-defn-yeri-melum-oldu
Oxunma sayı: 10514

Mərhum Xalq artisti Elmira Şabanova ilə vida mərasimi sabah saat 11:00-da Təzəpir məscidində keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dəfn mərasimi Yasamal qəbiristanlığında olacaq.

Qeyd edək ki, E. Şabanova bu gün 86 yaşında dünyasını dəyişib.