Xaçmaz-Xudat yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hadisəsi zamanı xəsarət alan 5 nəfər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Hazırda yaralıların müalicəsi travmatologiya şöbəsində davam edir.