Noyabrın 13-nə keçən gecə Rusiyanın Volqoqrad vilayəti və şəhəri kütləvi dron hücumuna məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Andrey Boçarov açıqlayıb.
Onun sözlərinə görə, dron hücumu zamanı Volqoqradın cənubunda yerləşən sənaye müəssisəsində lokal yanğınlar baş verib.
Ukrayna mediası isə Volqoqrad neft emalı zavodunda yanğın olduğunu yazıb.
Qeyd edək ki, “Lukoyl” şirkətinə məxsus sözügedən müəssisə Rusiyanın ən böyük neft emalı zavodlarından biridir və 1957-ci ildən fəaliyyət göstərir.
***
Volqoqrad vilayətininin administrasiyasının məlumatına görə, hücum zamanı 4 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb.
Həmin şəxslərin Volqoqrad cənub sənaye zonasının əməkdaşları olduğu qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər