Vitse-prezident ailəsi ilə hərbçilərə yemək payladı - Video

vitse-prezident-ailesi-ile-herbcilere-yemek-payladi
Oxunma sayı: 41

ABŞ Vitse-prezidenti Ceyms Devid Vens, xanımı Uşa Vens və övladları noyabrın 25-də Şükran Günü münasibətilə Ohayo ştatındakı “Rayt-Patterson” Hərbi Hava Qüvvələri Bazasını ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, Vitse-prezident və ailəsi bazanın yeməkxanasında Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələrin şəxsi heyəti, eləcə də mülki əməkdaşlar üçün təşkil olunan bayram naharında iştirak edərək onlara ənənəvi hinduşka və digər təamlar təqdim ediblər.

Səfər zamanı jurnalistlərə açıqlama verən Cey Di Vens bayramın əsas mahiyyətinin ölkəni qoruyan insanlara minnətdarlıq bildirmək olduğunu vurğulayıb: “Uşaqlarımızı bura gətirmək, onların hərbçilərə yemək paylamasına və bizi təhlükəsiz saxlayan insanlarla ünsiyyət qurmasına şərait yaratmaq bizim üçün çox xoşdur”.