Viktor Orban Aİ Şurasının müvəqqəti sədri ola bilər

viktor-orban-ai-surasinin-muveqqeti-sedri-ola-biler
Oxunma sayı: 1286

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vaxtından əvvəl vəzifəsini tərk edə bilər. 

“Qafqazinfo”nun “Politico”ya istinadən məlumatına görə, belə olduğu halda Macarıstanın Baş naziri Viktor Orban müvəqqəti olaraq Aİ Şurasına rəhbərlik edə bilər. 

Məlumata görə, Ş.Mişel iyulda istefaya yollanarsa, Aİ liderləri onu əvəz edəcək namizəd barədə tez bir zamanda razılığa gəlməli olacaqlar: “Əgər onlar razılığa gələ bilməsələr, sədrlik Orbana keçəcək. Çünki o, 2024-cü ilin iyulundan dekabrına qədər Avropa İttifaqı Şurasına sədrlik edəcək”.