Velosiped sürən 6 yaşlı uşağı maşın vurub öldürdü

velosiped-suren-6-yasli-usagi-masin-vurub-oldurdu
Oxunma sayı: 4087

Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza iyulun 19-da saat 18 radələrində qeydə alınıb. 

Quba şəhəri ərazisində şəhər sakini E.Əliyev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə velosiped sürən həmyerlisi, 6 yaşlı Bəkiri  vurub. Xəsarət almış uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Quba RPŞ tərəfindən araşdırma aparılır.