“Velosiped bura düşsə, kim məsuliyyət daşıyacaqdı?!” - Video

velosiped-bura-dusse-kim-mesuliyyet-dasiyacaqdi
Oxunma sayı: 1050

Metronun “Gənclik”stansiyası yaxınlığında velosipedlə hərəkət edən vətəndaş yolda təhlükəli vəziyyətlə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, o, böyük və üstü açıq “lyuk”a düşməkdən son anda xilas olduğunu bildirib. 

Həmin şəxs bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Velosipedlə sürətli şəkildə gedirdim ki, belə bir çuxurla qarşılaşdım. Bu nədir?! Velosiped bura düşsə, nə olardı, kim cavablandırardı? Mən qəza etsəydim, kim məsuliyyət daşıyacaqdı?! Diqqət etməsəydim, ciddi qəza keçirə bilərdim”.