Ukraynaya daha çox yardım etmək istədiklərini açıqladı

ukraynaya-daha-cox-yardim-etmek-istediklerini-aciqladi
Oxunma sayı: 1769

Polşanın yeni hökuməti Ukrayna üçün sursat və hərbi texnika istehsalını artırmaq istəyir.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski danışıb.

O qeyd edib ki, ölkə hakimiyyəti Kiyevə dəstəyə yeni gözlə baxır. “Daha çox döyüş sursatı və avadanlıq istehsal etmək üçün hansı imkanlarımız olduğunu, eləcə də anbarlarımızda hələ də nələrin olduğunu öyrənirik”, - deyə nazir bildirib.

Həmçinin o, əlavə edib ki, Varşava müttəfiqlərini Ukraynaya ediləcək yardımın müharibədə qalib gəlməsi şərtilə Rusiyanı cilovlamaqdan daha ucuz başa gələcəyinə inandırmağa çalışır.