Ukraynalı uşaqlara dəstək məqsədilə xeyriyyə müsabiqəsinə start verildi

ukraynali-usaqlara-destek-meqsedile-xeyriyye-musabiqesine-start-verildi
Oxunma sayı: 1544

Azərbaycanda uşaq yaradıcılığının xeyriyyə müsabiqəsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu layihə Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin gözəl nümunəsi olaraq, rus təcavüzkarlarının atəşi və bombalanması nəticəsində gündəlik təhlükə altında olan ukraynalı uşaqlara azərbaycanlı uşaqların dəstəyini və həmrəyliyini nümayiş etdirən bir layihədir.

Lakin layihənin məqsədi təkcə mənəvi dəstək vermək deyil, həm də ukraynalı uşaqlar üçün xeyriyyə yardımı, eləcə də Ukraynaya humanitar yardım cəlb etməkdən ibarətdir.

Ukraynalı uşaqlara dəstək müsabiqəsində iştirak etmək üçün 30 iyun 2022-ci il tarixinədək tematik və ya əl işləri hazırlamaq və https://kidsart.az saytında yerləşdirmək lazımdır.

Qaliblər səsvermə yolu ilə (smayliklər) müəyyən olunacaq və onlara təşkilatçılar tərəfindən - Kids.Art ictimai təşəbbüsündən qiymətli hədiyyələr, eləcə də tanınmış Azərbaycan uşaq yazıçısı Bəhram Bağırzadədən həvəsləndirici mükafatlar təqdim ediləcək.

Siz Ukraynanın “Uşaqlarının Səsi” Fondunun saytından (https://voices.org.ua/donat/) istifadə edərək ukraynalı uşaqlara xeyriyyə yardımı göstərə bilərsiniz;

Bundan əlavə, humanitar yardım Ukraynanın Azərbaycandakı Səfirliyinin xüsusi bank hesabından istifadə etməklə həyata keçirilə bilər (https://azerbaijan.mfa.gov.ua/news/posolstvo-ukrayini-v-azerbajdzhani-vidkrilo-dva -specialni-bankivski-rahunki -dlya-zboru-gumanitarnoyi-dopomogi-ukrayini).

Müsabiqə Ukraynanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə keçirilir.

Müsabiqə şərtlərinə dair ətraflı məlumatı bu link üzrə https://kidsart.az və ya bu telefon nömrəsi üzrə (+994) 507770277 almaq mümkündür.