“Ukrayna dəfələrlə Putinə qarşı şifahi sui-qəsd cəhdi edib”

ukrayna-defelerle-putine-qarsi-sifahi-sui-qesd-cehdi-edib
Oxunma sayı: 1538

“Ukrayna dəfələrlə Putinə qarşı şifahi sui-qəsd cəhdi edib”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Kiyev hakimiyyəti dəfələrlə Putinin həyatına şifahi sui-qəsd cəhdi etsə də, reallıqda buna nail olmayacaq.

Qeyd edək ki, Zelenski “The Sun”a müsahibəsi zamanı Putini öldürmək şansından istifadə edib-etməyəcəyi sualına cavab olaraq bildirib ki: “Bu, müharibədir və Ukraynanın öz torpaqlarını müdafiə etmək hüququ var”.