“Ukrainian Center”in heyəti Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

ukrainian-centerin-heyeti-sehidler-xiyabanini-ziyaret-edib
Oxunma sayı: 1998

20 Yanvar- Ümumxalq Hüzn Günündə Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğunun heyəti, “Ukrainian Center”in rəhbəri Oleksandr Klassen, həmçinin Şamaxı Regional Mərkəzinin rəhbəri Rüstəm İsgəndərli Şəhidlər xiyabanını ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, rəsmilər Azərbaycanın azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarlarına gül düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.