“Üç metr dərinlikdəki minanı tapan detektor gətirmişik” - General-leytenant Etibar Mirzəyev+Video

uc-metr-derinlikdeki-minani-tapan-detektor-getirmisik
Oxunma sayı: 4013

“Yeni minatəmizləmə detektoru gətirmişik. Bu, 2,5-3 metr dərinlikdə olan minanı tapır və siqnal səsi ilə xəbərdarlıq edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

“İndiyədək həmin ərazilərdə əl vasitəsilə detektorlarla mina axtarırıq. 12-dək minatəmizləmə itlərimiz var. Bu yaxınlarda alacağımız tank əleyhinə minalar üçün olan robotu Füzuli rayonunda sınaqdan keçiririk”, - nazir müavini bildirib.