Türkiyənin məşhur beyin cərrahı Bakıda pasiyentləri qəbul edəcək

turkiyenin-meshur-beyin-cerrahi-bakida-pasiyentleri-qebul-edecek
Oxunma sayı: 2997

Türkiyənin məhşur beyin və sinir cərrahı Bakıda pasiyentləri qəbul edəcək.

 “Qafqazinfo” xəbər verir ki, “Referans Medical Group” daxilində fəaliyyət göstərən, Leyla Medical Center (keçmiş Leyla Şıxlinskaya Klinikası) və Türkiyənin məşhur Memorial Sağlıq Qrupunun imzaladığı memorandum əsasında artıq 2 ildir ki,  məşhur türk mütəxəssisləri Azərbaycana dəvət olunaraq pasiyent qəbulları həyata keçirirlər. Bu memorandumun imzalanmasında əsas məqsəd burada xüsusi ixtisaslar üzrə müalicə ala bilməyib Türkiyə daxil olmaqla digər xarici ölkələrə, müalicə üçün üz tutan pasiyentlərə dəstək olmaqdır.

Memoranduma əsasən isə bu dəfə Türkiyənin Memorial Sağlıq Qrupundan (Memorial Sağlık Grubu) dəvət olunmuş mütəxəssis, beyin və sinir cərrahı, World Spinal Column Society və Türk Omurga Cerrahisi Derneğinin üzvi .Doç. Dr. Onur Yaman 19-20 avqust tarixlərində Leyla Medical Center-də pasiyentləri qəbul edəcək.

Bel, baş, boyun və ayaq ağrıları, əzələ ağrıları, bel və boyun yırtıqları, skolioz və kifoz, sinir ağrıları və sıxılması, miqren, hərəkət pozğunluqları, nevropatiyalar, Karpal Tunel Sindromu və s. kimi şikayətləriniz olduqda beyin və sinir cərrahı Doç. Dr. Onur Yamana müraciət edə bilərsiniz.

Həkim qəbulları ilə bağlı 050 207 11 19 və ya *0101 Çağrı Məkrəzi ilə əlaqə saxlaya bilərsiniz.