Türkiyənin 21 vilayətində antiterror əməliyyatı - 110 nəfər saxlanıldı

turkiyenin-21-vilayetinde-antiterror-emeliyyati
Oxunma sayı: 1376

Türkiyənin 21 vilayətində antiterror əməliyyatı keçirilib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat zamanı PKK ilə əlaqəsi olmaqda şübhəli bilinən 110 nəfər saxlanılıb. 

Əməliyyat Diyarbakır, Bursa, Siirt, Mardin, Qaziantep, İstanbul, Bingöl, Batman, İzmir, Mersin, Şanlıurfa, Van, Şırnak, Muş, Bitlis, Hakkari, Osmaniye, Sivas, Malatya, Ankara və Adıyamanı əhatə edib. 

Məlumata görə, əməliyyat davam etdirilir.