Türkiyədən Ermənistana xüsusi yük reysləri açılıb

turkiyeden-ermenistana-xususi-yuk-reysleri-acilib
Oxunma sayı: 2275

Türkiyənin “Turkish Airlines” aviaşirkətinin bölməsi olan “Turkish Cargo” İstanbul-İrəvan-İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyədə aviasiya sahəsi üzrə fəaliyyət göstərən “Aeroportist” portalı yayıb.

Sözügedən reys noyabrın 15-də baş tutub. 

Məlumata görə, “Turkish Airlines”ın yükdaşıma xidmətinin xüsusi reysi iki ölkə arasında etibarlı yük daşımalarını təmin etmək məqsədi daşıyır.

Onu da xatırladaq ki, “Turkish Airlines” 2026-cı ilin martından İstanbulla İrəvan arasında müntəzəm sərnişin reysləri həyata keçirir.