Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yerləşən metallurgiya zavodunda güclü partlayış baş verib.
“Qafqazinfo” “Hürriyet”ə istinadla xəbər verir ki, hadisə HABAŞ şirkətinə məxsus müəssisədə qeydə alınıb.
Məlumata görə, partlayışdan sonra baş verən yanğın nəticəsində azı 6 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Yaralılardan üçünün vəziyyəti ağırdır. Dağıntılar altında qalan 8 nəfərin axtarışları davam etdirilir.
***
İzmir Valiliyinin məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib.
Son xəbərlər
Son Xəbərlər