Türkiyədə leysan fəlakəti - Xəstəxana su altında qaldı, yol çökdü - Video

turkiyede-leysan-felaketi
Oxunma sayı: 251

Türkiyənin Balıkesir vilayətində axşam saatlarında başlayan və fasilələrlə davam edən güclü yağışlar selə çevrilib. Şəhər mərkəzində, eləcə də, Edremit və Havran rayonlarında küçə və yollarda su yığılıb, yeraltı keçidləri, evləri və iş yerlərini su basıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Altıeylül rayonunda yerləşən özəl xəstəxananın təcili yardım girişini su basıb.

Balıkesir Su və Kanalizasiya İdarəsinin (BASKİ) briqadaları suyu çəkərək təmizləyib və tıxanmış drenajları açıb, xəstəxana avadanlıqlarına ziyan dəyməyib. Edremit rayonunda isə bəzi kənd məhəllələrində birinci mərtəbədəki evlərə və obyektlərə su dolub, bələdiyyə qrupları çay yataqlarında qabaqlayıcı işlər aparıb.

Havran rayonunda magistral yola torpaq tökülməsi hərəkəti ləngidib. Hamambaşı məhəlləsində isə Havran çayının istinad divarının qarşısındakı asfalt örtüyü çöküb və yaranmış çökəkliyə park halında olan 3 yük maşını və 1 mikroavtobus düşüb. Əraziyə cəlb edilən qruplar kran vasitəsilə nəqliyyat vasitələrinin çıxarılmasına başlayıblar.