Türkiyədə iki mindən çox qanunsuz miqrant saxlanılıb

turkiyede-iki-minden-cox-qanunsuz-miqrant-saxlanilib
Oxunma sayı: 993

Türkiyənin 27 vilayətində qanunsuz miqrasiyaya qarşı “Kalkan-7” əməliyyatı həyata keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz “X” hesabında paylaşıb. 

Məlumata görə, əməliyyat çərçivəsində qanunsuz miqrant daşınması ilə məşğul olan 80 nəfər saxlanılıb. Onlardan 6-sı artıq həbs edilib. 

Bununla yanaşı, 2155 qanunsuz miqrant da saxlanılıb.