Türkiyə İranla siyasi məsləhətləşmələr aparacaq

turkiye-iranla-siyasi-meslehetlesmeler-aparacaq
Oxunma sayı: 1286

Türkiyə və İran Tehranda XİN rəhbərlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçirəcəklər.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN yayıb. 

Məlumata görə, dekabrın 20-21-i baş tutacaq məsləhətləşmələrdə iki ölkə arasında münasibətlər, regional və beynəlxalq məsələlər, eləcə də Qəzza zolağındakı vəziyyət müzakirə ediləcək.