Türkiyə əhalisinin sayı açıqlandı

turkiye-ehalisinin-sayi-aciqlandi
Oxunma sayı: 2885

Türkiyə əhalisi 2020-ci ildə 459 min 365 nəfər artaraq 83 milyon 614 min 362 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.

Açıqlamada 1 yanvar 2020-ci ildə ölkə əhalisinin 83 milyon 154 min 997 olduğu və hazırda isə bu rəqəmin 83.6 milyonu keçdiyi qeyd olunub.

Əhali üzrə kişi və qadınların faiz nisbəti müvafiq olaraq 50,1% (41 915 985) və 49,9 %  (41 698 377)  təşkil edir.

Həmçinin son statistikaya görə, Türkiyədə son bir il ərzində şəhər əhalisinin faiz nisbəti artaraq 92,9 faizdən 93 faizə çatıb.