Bu gün “Ağ partiya”nın sədri Tural Abbaslı ilə Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafilin qız toyu olub.
“Qafqazinfo” xəbər verir ki, toy mərasimi paytaxtdakı şadlıq saraylarının birində keçirilib.
Mərasimdə T.Abbaslının ailəsi, yaxınları, siyasi partiya rəhbərləri iştirak edib.
Qeyd edək ki, ötən ilin mayında nişanlanan Tural Abbaslının oğlan toyu dekabrın 21-də keçiriləcək.