“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyanın 10 illik yübileyi keçirildi - Fotolar

transxezer-beynelxalq-neqliyyat-marsrutu-beynelxalq-assosiasiyanin-10-illik-yubileyi-kecirildi
Oxunma sayı: 1490

Sentyabrın 29-da Qazaxıstan Respublikasının Aktau şəhərində "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM) Beynəlxalq Assosiasiyanın 10 illik yubileyi münasibəti ilə ümumi iclas keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, iclasda "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin baş direktoru Rəşad Daşdəmirovun və nümayəndə heyəti iştirak edib. 

TBNM-in tədbirində Xəzəryanı, Qara dəniz ətrafındakı, Asiya ölkələrindən Çin və Sinqapur daxil olmaqla 11 ölkədən 26 Logistika şirkəti və Dəniz Limanlarının rəhbərləri iştirak ediblər.

Həmçinin "Aktau Beynəlxalq Dəniz Limanı"nın 60 illik yubiley mərasimi keçirilib.