Trampın bu sözlərindən qorxduğunu dedi

trampin-bu-sozlerinden-qorxdugunu-dedi
Oxunma sayı: 5154

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin keçmiş lideri Donald Trampın Rusiya ilə Ukrayna arasında münaqişənin cəmi 24 saat ərzində həll olunması ilə bağlı sözlərindən qorxduğunu bildirib. 

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Britaniyanın “Channel 4 News” telekanalına müsahibəsində danışıb.

“Çünki bu o deməkdir ki, onun heç kimin eşitmədiyi ideyası bizim üçün, xalqımız üçün işə yaramırsa, o, yenə də ideyasının həyata keçirilməsi üçün hər şeyi edəcək. Bu da məni bir az narahat edir”, - deyə dövlət başçısı bildirib.

Ukrayna rəhbəri həmçinin, Trampı Kiyevə gəlməyə dəvət edib.