Bir neçə gün öncə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlunun rus blogerlə baş tutan toy mərasiminin bəzi detalları məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış özbək bloger Məryəm Tillyayeva “Super” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, rəfiqəsi, 20 yaşlı rus model Avrora Kibanın iş adamı 36 yaşlı Rüstəm Hacıyevlə noyabrın 13-ü Bakıda baş tutan toy mərasimində qonaqlara telefonlardan istifadə etmək qadağan olunub.
“Mən bu qərarı düzgün hesab edirəm və bunu nümunə götürəcəyəm”, - deyə Tillyayeva vuğulayıb.
“Super” nəşrinin məlumatına görə, qonaqlar “Four Seasons” hotelində yerləşdirilib, toy da həmin məkanda keçirilib. Məkanın içi bütövlükdə təzə çiçəklərlə bəzədilib.
Məclisdə rusiyalı şoumen Maksim Qalkin də iştirak edib. Onun toyda aparıcılıq etdiyi ehtimal olunur.
Rusiya mediasında yayılan digər məlumata görə, məclisdə Azərbaycan Xalq artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artist Abbas Bağırov və Rusiyadan xüsusi dəvət olunmuş Leonid Aqutin də yer alıb.




Son xəbərlər
Son Xəbərlər