Tovuzda sel suları kənd yolunu yararsız hala saldı - Fotolar

tovuzda-sel-sulari-kend-yolunu-yararsiz-hala-saldi
Oxunma sayı: 252

Tovuz rayonunun Vahidli kəndində sel sularının toplandığı ərazidə torpaq sürüşməsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, sürüşmənin müşahidə olunduğu yol kənd qəbiristanlığına və digər yaşayış ərazilərinə aparır.

Sakinlərin sözlərinə görə, məktəblilər də mütəmadi olaraq bu yoldan istifadə edirlər.

Məlumata görə, ərazidə sel sularının axıdılması üçün dəmir boru quraşdırılsa da, güclü daşqınlar zamanı ətraf ərazilərin su altında qalması vəziyyəti daha da çətinləşdirib. Hazırda ərazinin bir neçə hissəsində çatlar əmələ gəlib. Yolun sağ tərəfində yerləşən torpaq təpəciyində isə intensiv yağıntılar zamanı uçqun təhlükəsi var.

Tovuz Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, problemin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılacaq.

Yunis Quliyev