Tokioda 300-dən çox insanın olduğu təyyarə yanıb - Yenilənib+Video

tokioda-300-den-cox-insanin-oldugu-teyyare-yanib
Oxunma sayı: 6839

Tokioda hava limanının uçuş-enmə zolağında partlayış olub.

“Qafqazinfo” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, Yaponiyanın paytaxtı Tokioda Haneda Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında yanan sərnişin təyyarəsində 300-dən çox insanın olduğu bildirilir.

Təyyarə eniş zamanı sahil mühafizə təyyarəsi ilə toqquşub. Partlayış anı qeydə alınıb.

***

Yaponiya Hava Yolları tərəfindən edilən açıqlamada təyyarədə olan 379 nəfərin təxliyə edildiyi bildirilib. Qeyd olunub ki, təyyarənin təxliyəsi 90 saniyə çəkib.

***

Yaponiyanın yerli “NHK World-Japan” kanalının məlumatına görə yanan təyyarədə olan 6 ekipaj üzvündən 5-i həyatını itirib.