Tokayev İtaliyadadır

tokayev-italiyadadir
Oxunma sayı: 1288

Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevin İtaliyaya səfəri başlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Roma hava limanında Qazaxıstan Prezidentini İtaliyanın müdafiə naziri Qido Krosetto və Roma Papasının nümayəndəsi Françesko Kanalini qarşılayıb.

Bildirilib ki, Tokayev sabah İtaliya Prezidenti Serxio Mattarella və Baş nazir Giorgia Meloni ilə görüşəcək.

Yanvarın 19-da isə onun Vatikanda Roma Papa Fransisklə görüşü olacaq.