Azərbaycanda bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanları artırılır.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankı Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla müvafiq qərar qəbul edib.
Bu qərardakı təkliflərdən biri də tibbi ləvazimat və avadanlıqlar istehsalçılarına aid edilib.
Qeyd edilir ki, tibbi ləvazimat və avadanlıqlar istehsalçılarına verilən kreditlərin risk səviyyəsinin 100%-dən 20%-dək azaldılması təkliflər sırasındadır.