Təyyarəni aeroportun terminalına çırpmaq istəyib - “Flydubai” pilotunun planı

teyyareni-aeroportun-terminalina-cirpmaq-isteyib
Oxunma sayı: 684

“Flydubai” aviaşirkətinə məxsus təyyarənin ikinci pilotunun təyyarəni Tel-Əviv aeroportunun terminalına çırparaq terror aktı törətmək istədiyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ının jurnalisti Amit Seqal öz mənbələrinə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.

“Omanlı pilot dindirilmə zamanı təyyarəni Ben-Qurion aeroportuna çırpmağı planlaşdırdığını bildirib”, - deyə jurnalist qeyd edib.

Məlumata görə, pilot təyyarəni adət olunmuş qaydada enişə gətirməyi və müdaxilənin mümkün olmayacağı son saniyələrdə onu terminal binasına çırpmağı planlaşdırıb.

Xatırladaq ki, sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində ikinci pilot birinci pilota bıçaqla hücum edib. Sərnişinlər və digər pilot sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşırma aparılır.