Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü - 652 bal toplamışdı...

telebe-5-ci-mertebeden-yixilaraq-oldu
Oxunma sayı: 1718

Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsi olan Həsən Əlili binanın 5-ci mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib.

Mərhumun əslən Tovuz rayonundan olduğu bildirilir.

O, ali məktəbə qəbul imtahanlarında yüksək nəticə (652 bal) göstərib.