“Təhsil millətin gələcəyidir!” - Video

tehsil-milletin-geleceyidir
Oxunma sayı: 3856

Ümumilli lider Heydər Əliyevin dediyi kimi: “Təhsil millətin gələcəyidir!” və bu gün biz uşaqların WisDoM Təhsil Mərkəzində aldıqları keyfiyyətli təhsildən danışacayıq. Bunun üçün WisDoM Təhsil Mərkəzinin təsisçisi olan Fuad İsmayılovun müasahibəsini təqdim ediri:

- Fuad müəllim, zəhmət olmasa özünüz və təhsil mərkəzini yaratmaq fikri haqqında danışın

- Müəllim peşəsi çox məsuliyyətlidir.

Əsl müəllim olmaq, hər bir şagirdin fərdi yanaşma ilə potensialını üzə çıxarmaq və şagirddə həmin fənnə sevgi yaratmaq deməkdir. Mən uşaqlıqdan müəllim ailəsində böyüyüb bunu özüm üçün vurğulamışam.

Uzun illər fərdi riyaziyyat müəllimi işlədikdən sonra şəxsi təcrübəyə və valideynlərin etimadına arxalanaraq, uşaqlara yalnız riyaziyyatı deyil, digər fənlərin də azərbaycan, ingilis və rus dillərində  maraqlı və əlçatan  şəkildə tədris olunduğu təhsil mərkəzini yaratmağ qərarına gəldim mənim məqsədim, hər bir uşağa hörmət və qayğı göstərməkdi. Buna görə də komandamızın şüarı “Özgə övlad yoxdur!”

- Valideynlər və uşaqlar niyə WisDoM Təhsil Mərkəzini seçirlər?

- Yenə də hesab edirəm ki, ilk növbədə kollektivimizdən hər bir uşağa göstərilən qayğı və diqqət qiymətləndirilir. Həm dövlət, həm də özəl məktəb şagirdləri bizə müraciyyət etməsinin əsas səbəbləri: eksklüziv tədris proqramı, WisDoM -a məxsus elektron kitablar və şagirdlərimizin göstərdiyi yüksək nəticələridir.

- Nə zaman valideynlər WisDoM Təhsil Mərkəzə müraciyyət etməyi məsləhət görürsüz ?

- Çox vaxt valideynlər uşağın məktəbdəki bütün çətinliklərin öhdəsindən təkbaşına gələcəyinə inanır və təhsil mərkəzlərindən kömək almağa tələsmirlər. Əslində, uşağın təhsili öz axarına buraxılmamalıdır. Nə qədər tez muraciyyət etsəniz, bir o qədər tez övladınızın təhsil proqramını mənimsəməsinə və gələcək inkişafı üçün yaxşı bilik bazasına nail olmasına komək olarsız.

Mərkəzimizdə yerlərin sayı məhdud olduğunu nəzərə alaraq, may və ya iyun aylarında bizə müraciyyət etməyinizi məsləhət görürük.

 - Zəhmət olmasa deyərdiniz sizin mərkəzdə yay aylarında dərslər keçirilir.

- Biz çox maraqlı yay proqramını yaratmışıq. Bu proqram şagirdlərə gələcək tədris ilini daha yüngül olması üçün kömək edəcək, ondan əlavə, programımız interaktiv formada keçirilir Programa açıq havada dərslərin keçirməsi və rayonlara səyahət etməyimiz daxildi.

Yay programı iyunun ortalarından başlayır və iyulun sonuna kimi davam edir.

- Valideyn təlim prosesi barədə məlumatlandırılırmı?

- Təbii ki!

WisDoM Təhsil Mərkəzinin administrasiyası daimi olaraq müəllimlərimiz tərəfindən vaxtında keçirilən daxili sorğular və imtahanlar əsasında şagirdlərin bütün nəticələrini valideynlərə göndərir. Bu uşaqları öyrəndikləri materialı təkrarlamağa həvəsləndirir.

- Fuad müəllim, xaricdə təhsil almaq istəyənlər bəs necə?

- Onlar üçün bir neçə proqramlarımız var: SAT, YÖS, IELTS, TOEFL və s. Biz onları həm bu imtahanlara hazırlayırıq, həm də arzuladıqları universitetə qeydiyyatdan keçməyə kömək edirik. Və bu məqsədlə bir çox ölkələrin müxtəlif universitetləri ilə tərəfdaşlıq müqavilələri bağlamışıq.

- Gənclərimizə xaricdə təhsil almağı məsləhət görürsünüzmü?

Gənclərimiz  qürurumuzdur!

Onlar xaricdə təhsil alaraq, dünyagörüşlərini genişləndirib, beynəlxalq təcrübə qazanaraq, ölkəmizin inkişafına daha da çox töhfə verə biləcəklər.

- Fuad müəllim, bizə vaxt ayırdığınız və uşaqlarımıza kömək etdiyiniz üçün təşəkkür edirik!

Buyurun! Marağınıza görə təşəkkür edirəm.