Taylandda 5 turist koronavirusa yoluxdu

taylandda-5-turist-koronavirusa-yoluxdu
Oxunma sayı: 534

Taylandda istirahət edən rusiyalı turistlər bədən ağrıları, yüksək hərarət və miqren kimi simptomlardan şikayətləniblər.

“Qafqazinfo” “Baza”ya istinadən xəbər verir ki, onlarda COVID-19 testi müsbət nəticələnib.

Sankt-Peterburq sakini bildirib ki, rusiyalılar arasında populyar olan kurortda istirahət edərkən onun beş dostu virusa yoluxub, Puketdə yeni yoluxma dalğası qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, koronavirusa yoluxma səviyyəsinə görə Puket  Bankok və Çonburidən sonra üçüncü yeri tutur. Ötən həftə ərzində adada 64 yoluxma halı aşkarlanıb.