Süni mayalanma hər şey daxil olmaqla 2500 manat oldu

suni-mayalanma-her-sey-daxil-olmaqla-2500-manat-oldu
Oxunma sayı: 3547

Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzi övlad sahibi olmaq istəyən cütlüklər üçün aksiya həyata keçirir.

“Qafqazinfo” xəbər verir ki, pandemiya dövründə maddi vəziyyətin pisləşməsi sonsuzluqdan əziyyət çəkən ailələrin qayğılarını daha da artırıb. Bunları nəzərə alan mərkəz ailələlərin dərman və prosedurlar da daxil olmaqla münasib şərtlərdə müalicə almaları üçün imkan yaratmağa qərar verib. Mərkəzin fəaliyyətə başlaması münasibətilə keçirilən aksiya qiyməti qısa bir müddət üçün nəzərdə tutulub.

Süni mayalanma təbii yolla körpə dünyaya gətirə bilməyənlər üçün köməkçi rolunu oynayan bir prosedurdur. Evindən körpə səsinin gəlməsini arzu edən cütlüklər bu fürsətdən yararlana bilərlər.