Sumqayıtda zavodda güclü yanğın - Video - Yenilənib

sumqayitda-zavodda-guclu-yangin
Oxunma sayı: 7634

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın başlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Həmçinin oxuyun: Вынесен приговор спортсмену, убившего 16-летнего Турана - Фото

 Скоропостижно скончался высокопоставленный чиновник - Фото

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN-dən bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub: “Hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”.

***

Yanğınsöndürənlər hazırda xüsusi təyinatlı texnikaların tətbiqi ilə yanan çənin söndürülməsi, həmçinin ətrafdakı digər çənlərin soyudulması ilə alovun onlara keçməsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

***

Etilen-Polietilen Zavodunda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.