Sumqayıtdakı dayanacaq elektrik cərəyanı keçirir? - Video

sumqayitdaki-dayanacaq-elektrik-cereyani-kecirir
Oxunma sayı: 502

Sumqayıtda Heydər Əliyev Parkının yaxınlığındakı avtobus dayanacağının dəmir dirəklərində elektrik cərəyanının olması ilə bağlı məlumat yayılıb.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Görüntülərdən də aydın olur ki, elektrik cərəyanını müəyyən etmək üçün olan indikator (faza yoxlayıcı vintaçan) da cərəyan olduğunu təsdiq edir. 

“Bir qadını “tok” vurdu. Əlinizi dəmirə vurmayın, ehtiyatlı olun!”, - paylaşımda qeyd olunub. 

Həmin görüntüləri təqdim edirik: