Siyəzəndə kanalda batan 13 yaşlı Hüseynin - Fotosu

siyezende-kanalda-batan-13-yasli-huseynin
Oxunma sayı: 57

Xəbər verdiyimiz kimi, Siyəzən rayonunda “Taxtakörpü-Ceyranbatan” su kanalına düşən 13 yaşlı yeniyetmənin meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, bədbəxt hadisə Siyəzən şəhəri yaxınlığında iki azyaşlı kanalın kənarında oynayan zaman baş verib.

Belə ki, suya düşən uşaqlardan biri xilas edilərək xəstəxanaya yerləşdirilib.

2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Hüseyn Allahverdiyev isə suda batıb.

Aparılan axtarışlar nəticəsində H.Allahverdiyevin cəsədi batdığı yerdən 10 kilometr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Həlak olan 13 yaşlı Hüseynin fotosunu təqdim edirik:

Surxay Şahbazov