Sınaq imtahanlarının vaxtı bilindi

sinaq-imtahanlarinin-vaxti-bilindi
Oxunma sayı: 1995

DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 17, 22 və 29 yanvar tarixlərində keçiriləcək.

İmtahanlar saat 10.00-da başlayacaq.

Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiz.