Şimali İraqda 6 türk əsgəri şəhid oldu - Yenilənib

simali-iraqda-6-turk-esgeri-sehid-oldu
Oxunma sayı: 4423

00:15

İraqın şimalında separatçı terror təşkilatının həyata keçirdiyi hücumun qarşısını alarkən 3 türk əsgəri şəhid olub, 4-ü isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün İraqın şimalında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdiyi hücum və sonrakı təmasda 3 qəhrəman yoldaşımız şəhid olub, 4 yoldaşımız isə yaralanıb. Separatçı terrorçuya qarşı əməliyyatlar çərçivəsində təmas davam edir. Bölgədə müəyyən edilmiş hədəflərə və terrorçuların qaçış istiqamətlərinə qarşı qəfil hava əməliyyatları həyata keçirilir: “İlkin təsbitlərə görə, 4 terrorçu zərərsizləşdirilib”, - deyə, nazirliyin verdiyi açıqlamada bildirilib.

***

09:23

Ən son məlumata görə, şəhid olan türk hərbçilərinin sayı 6-ya çatıb.