Silk Way West Airlines L3Harris şirkətini seçdi

silk-way-west-airlines-l3harris-sirketini-secdi
Oxunma sayı: 1229

Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan Silk Way West Airlines 777-200LR Interchange Reality7e Tam Uçuş Simulyatorunu sifariş etmək üçün L3Harris şirkətini seçib.

“Qafqazinfo” xəbər verir ki, simulyator Milli Aviasiya Akademiyasında yerləşən Pilotların Hazırlığı Mərkəzində öz sinfində ən yaxşı təlim təcrübəsi təqdim edəcək.

Boeing 777-F Reality7e tam uçuş simulyatoruna Boeing 777-200LR Interchange daxildir, bu da Silk Way West Airlines şirkətinə əməliyyat proseslərini öyrətmək imkanı ilə yanaşı, digər B777-F və 777-200LR operatorlarına təlimlərin keçirilməsi fürsəti yaradacaq.

Simulyatorun 2024-cü ilin sentyabr ayına qədər quraşdırılması və istifadəyə verilməsi planlaşdırılır. Bu avadanlıq Silk Way West Airlines-ın təcrübəli və yeni pilotlarının təlim imkanlarını genişləndirərək, onlara Avropada aviasiya xidmətlərinə artan tələbata ayaqlaşmaq fürsəti yaradacaq.

“Silk Way West Airlines” şirkətinin maliyyə direktoru Mirsəməd Mövsümzadə bəyan edib ki, “Ekipaj xərclərimizi optimallaşdırmaqda bizə əvəzsiz üstünlük verəcək bu müqaviləni imzalamaqdan məmnunuq. Bundan əlavə, bu simulyatorun Bakıda olması ekipaj hazırlığının planlaşdırılmasında daha çox çeviklik və rahatlıq gətirir. Səmərəliliyimizi artırmaq üçün bu mükəmməl bir seçimdir”.

Qeyd edək ki, Silk Way West Airlines əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.