Şeyma Subaşı misirli sevgilisi ilə ailə qurdu - Fotolar

seyma-subasi-misirli-sevgilisi-ile-aile-qurdu
Oxunma sayı: 4104

Türkiyəli sosial media fenomeni Şeyma Subaşı misirli iş adamı Mohammed Alsaloussi ilə evlənib.

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, 3 ildir münasibətdə olan cütlüyün toyu ötən gün Mərakeşdə baş tutub.

Subaşının toydan sonra instaqram hesabında soyadını “Alsaloussi” olaraq dəyişdirməsi də diqqətdən qaçmayıb.

Qeyd edək ki, Ş.Subaşı məşhur aparıcı-prodüser Acun Ilıcalının keçmiş həyat yoldaşıdır. Onların bu evlilikdən Melisa adlı qızları var.