“Sevilya” – “Qarabağ” matçının hakimləri açıqlandı

sevilya-qarabag-matcinin-hakimleri-aciqlandi
Oxunma sayı: 2291

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Sevilya” – “Qarabağ” matçının hakimləri müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, UEFA qarşılaşmaya İsveçdən olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Sevilyada baş tutacaq görüşdə Mohammed Al-Hakim ədalət təmsilçisi olacaq. Ona Fredrik Kliver və Mahbod Beigi köməklik edəcəklər. 4-cü hakim funksiyasını Martin Strömberqsson yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək “Sevilya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək.