Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti səyyar qəbul-görüş fevralın 27-də rayonun Separadi kəndində keçirilib.
“Qafqazinfo” xəbər verir ki, icra başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirak etdiyi görüşdə vətəndaşlar onların həyat şəraitinin yaxşılaşdılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən qəbul olunan qərarlardan razılıqlarını ifadə etmiş və minimum əmək haqqının, minimum əmək pensiyalarının , müxtəlif müavinətlərin artırılmasının, eləcə də, şəhid ailələrinə birdəfəlik müavinətlərin ödənilməsinin bütün ölkə vətəndaşları kimi Separadi inzibati ərazi dairəsində yaşayan sakinlərin də maddi-məişət şəratini daha da yaxşılaşdıracağını minnətdarlıqla qarşıladıqlarını diqqətə çatdırıblar.
Onlar ərazidə yol infrastrukturunun yaxşılaşdırılmasını, ən müasir tələblərə cavab verən məktəb binalarının tikilib istifadəyə verilməsini, kənd təsərrüfatında çalışan sahibkarlara verilən dəstək hesabına əkin sahələrinin ilbəil genişlənməsini, 100 hektar sahədə 92 min tingdən ibarət yeni sitrus bağlarının salınmasını, burada yüzlərlə kənd sakininin işlə təmin olunmasını ölkə Prezidentinin həyata keçirdiyi sosial siyasətin bəhrəsi olduğunu vurğulayıblar.
Görüşün sonunda İcra başçısı verilən təkliflər və qaldırılan məsələrlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.