SEPAH-ın təlimlərində raket partladı - 11 hərbçi yaralandı

sepah-in-telimlerinde-raket-partladi
Oxunma sayı: 1664

İranda SEPAH-ın keçirdiyi hərbi təlimdə raketlərin partlaması 11 hərbçinin yaralanmasına səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çabahar şəhərində baş verib.

Məlumata görə, SEPAH qüvvələrinin Oman dənizi sahillərində Çabahar şəhərində keçirilən hərbi təlimində texniki nasazlıq səbəbindən platformadan atılan iki raketin partlaması nəticəsində ən azı 11 hərbçi hadisə yerində yaralanıb.

Atılan raketlərdən ikisi istiqamətini dəyişərək hərbçilərin toplaşdığı yerə düşüb. Yaralanan hərbçilər təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.