İranın Baş hərbi müşaviri İsrailin Suriyaya endirdiyi hava zərbəsi zamanı həyatını itirib.
“Qafqazinfo” “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, İranın Baş hərbi müşaviri vəzifəsini icra edən Seyid Razi Musəvi Suriya və İran arasında hərbi ittifaqın koordinasiyasına cavabdeh olub.
Məlumata görə, Musəvi İsrail Silahlı Qüvvələrinin Dəməşqin ətrafına zərbələr endirməsi zamanı ölümcül yaralanıb.
Bundan əvvəl Suriya paytaxtının ətrafındakı Seyidə-Zeynəb bölgəsində partlayış olması barədə məlumat verilmişdi.
İran Prezidenti İbrahim Rəisi isə Baş hərbi müşavirin ölümü ilə bağlı İsraili təhdid edib: “Onlar bu cinayətin əvəzini mütləq ödəyəcəklər”.
Fotoda Seyid Razi Musəvi

Son xəbərlər
Son Xəbərlər