Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı

semkirde-evde-kisi-ve-qadin-meyiti-askarlandi
Oxunma sayı: 497

Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Varlı Həyat kəndində baş verib.

Belə ki, kənd sakini 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin evdə meyiti aşkar edilib. 58 yaşlı kişinin yanında qadın meyiti də tapılıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev