Şəhid Ağacavad Mütəllimzadənin atası vəfat etdi - Foto

sehid-agacavad-mutellimzadenin-atasi-vefat-etdi
Oxunma sayı: 2260

Vətən müharibəsi şəhidi Ağacavad Mütəllimzadənin atası vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, şəhidin atası Ələsgər Mütəllimov ötən gün yaşadığı Maştağa qəsəbəsində dünyasını dəyişib.

Ə.Mütəllimovun ağır xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Ağacavad Mütəllimzadə 2020-ci il oktyabrın 22-də Xocavənd döyüşləri zamanı şəhid olub və Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub. O, Vətən müharibəsindəki şücaətlərinə görə bir neçə medalla təltif edilib.

Nizam Rza