Samuxda qəza - Ölən var+Fotolar

samuxda-qeza
Oxunma sayı: 625

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, daha bir nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

***

Samuxda baş verən qəzanın bəzi təfərrüatları bilinib. 

Hadisə Qədili kəndi ərazisində qeydə alınıb.

“Niva” markalı avtomobilin aşması nəticəsində ölən və xəsarət alan şəxslər Daşkəsən rayon sakinləridir. Həmin şəxslər yaxınlqdakı ərazidə fermada çoban kimi çalışırlarmış. Həmin şəxslər Kür çayı kənarında olan restoranlardan birinə yeyib-içməyə gedirlərmiş.

Məlumat üçün bildirək ki, hadisə nəticəsində 1994-cü il təvəllüdlü İlyas Aslanov hadisə yerində vəfat edib. 1981-ci il təvəllüdlü Əziz Məmmədov isə qəza zamanı xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev