Tanınmış ilahiyyatçı, məddah Samir Salam da Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində həyata keçirilən əməliyyatlar zamanı saxlanılıb.
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında daha bir neçə tanınmış ilahiyyatçı da var.
Qeyd edək ki, Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir.
Hüquq-mühafizə orqanlarının ötən gün keçirdikləri əməliyyat nəticəsində İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb.
Həmçinin oxuyun: Главная цель, убить Ниджата Ленкорански - официальное заявление
Son xəbərlər
Son Xəbərlər