Şamaxıda “Qayalı” marketi açıldı - Fotolar

samaxida-qayali-marketi-acildi
Oxunma sayı: 8115

Şamaxıda  “Qayalı” marketlər şəbəkəsinin növbəti filialın açılışı olub.

"Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.

“Qayalı” marketlər şəbəkəsinin növbəti filialının rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisidir. 

Yeni iş yerlərinin açılması baxımından ticarət mərkəzlərinin fəaliyyətə başlaması mühüm əhəmiyyət kəsb edir. Belə ki, burada 200-dən çox Şamaxı sakini işlə təmin olunacaq. Bu da eyni zamanda rayon sakinlərinin məşğulluğunun artırılmasına tövhə verir. 

Həmçinin marketin yerləşdiyi ərazidə II Qarabağ müharibəsinin şəhidi mayor Asif Azayevin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı olub.